XülasəDilin tədrisi bəzən digər fənlərin tədrisindən və ümumiyyətlə tədrisdəki tendensiyalardan asılı olmayaraq mövcudmuş kimi müzakirə olunur.Bununla belə, məktəb kurikulumunun digər sahələrində çalışan müəllimlər kimi, dil müəllimləri də sinifdə öyrənmə üçün müsbət mühit yaratmalıdırlar.Onlar tələbələri dərslərinə cəlb etməyin yollarını tapmalı, tələbələrin dərslərdə fəal iştirakını təşviq edən təlim proqramlarından istifadə etməli, tələbələrin sinfə gətirdiyi motivasiya və maraqların müxtəlifliyini qəbul etməli və sinfin vahid bir qrup kimi fəaliyyət göstərməsinə imkan verən strategiyalardan istifadə etməlidirlər.Ünsiyyət, əməkdaşlıq, qarşılıqlı əlaqə, inteqrasiya olmadan məqsəd və vəzifələrə nail olmaq mümkün deyil.Məhz bu baxımdan öyrənmədə əməkdaşlığa ehtiyac yaranır.Kooperativ öyrənmə hal-hazırda dünya təcrübəsində qəbul edilmiş və geniş istifadə olunan