BƏSİTÇAY DÖVLƏT TƏBİƏT QORUĞUNDA YAYILMIŞ ŞƏRQ ÇİNARININ (PLATANUS ORİENTALİS L.) EKOLOJİ VƏZİYYƏTİNİN AĞIR METAL GÖSTƏRİCİLƏRİ ƏSASINDA QİYMƏTLƏNDİRİLMƏSİ
原始摘要(英文原文)· Original abstract
Tədqiqatın məqsədi: Tədqiqatın məqsədi Bəsitçay Dövlət Təbiət Qoruğunda yayılmış Şərq çinarının (Platanus orientalis L.) yarpaqlarında dəmir (Fe), mis (Cu), sink (Zn) və manqan (Mn) elementlərinin miqdarını müəyyən etmək, onların müxtəlif ərazi qrupları üzrə paylanma xüsusiyyətlərini öyrənmək və əldə olunan göstəricilər əsasında qoruğun ekoloji vəziyyətini qiymətləndirməkdən ibarət olmuşdur.Tədqiqatın metodologiyası: Tədqiqatlar 2022-ci ildə Bəsitçay Dövlət Təbiət Qoruğunda aparılmışdır.Qoruğun müxtəlif hissələrini əhatə edən 13 müşahidə nöqtəsindən Şərq çinarının yarpaq nümunələri toplanmışdır.Tədqiqat sahələri ekoloji xüsusiyyətlərinə görə A, B və C qruplarına bölünmüşdür.Nümunələr laboratoriya şəraitində hazırlanmış və Fe, Cu, Zn və Mn elementlərinin konsentrasiyası induktiv əlaqəli plazma-optik emissiya spektrometriyası (ICP-OES) üsulu ilə təyin edilmişdir.Əldə olunan nəticələr beynəlxalq normativ göstəricilərlə müqayisə edilmişdir.Tədqiqatın nəticələri: Müəyyən edilmişdir ki, tədqiq olunan bütün elementlər üzrə ən yüksək göstəricilər A qrupunda, ən aşağı göstəricilər isə B qrupunda müşahidə olunmuşdur.Dəmir, mis, sink və manqan elementlərinin konsentrasiyaları bütün qruplarda bitkilər üçün qəbul olunmuş normal diapazonlar daxilində dəyişmiş və heç bir halda toksiklik həddinə çatmamışdır.Nəticələr qoruq ərazisində ağır metal çirklənməsinin təhlükəli səviyyədə olmadığını göstərmişdir.Tədqiqatın elmi yeniliyi: İlk dəfə olaraq Bəsitçay Dövlət Təbiət Qoruğunun müxtəlif hissələrində yayılmış Şərq çinarı yarpaqlarında Fe, Cu, Zn və Mn elementlərinin məkan üzrə paylanma xüsusiyyətləri müqayisəli şəkildə qiymətləndirilmiş, müxtəlif ekoloji şəraitə malik sahələr arasında fərqlər müəyyən edilmiş və qoruğun mövcud ekoloji