Səbinə Əli Qızı Vəliyeva
Məqalə müasir ingilis dilində koqneyt tamamlıq tərkibləri (KTT) ilə onların alternativ feil-zərflik tərkibləri (FZT) arasındakı semantik paralelliyin funksional-sintaktik və korpus dilçiliyi metodları prizmasından tədqiqinə həsr olunmuşdur. Tədqiqatda eyni konseptual məzmunun fərqli sintaktik strukturlarla ifadəsini izah etmək üçün “allosentence” və “allostruction” terminlərindən istifadə edilmiş, bu modellərin rəqabət və paralellik imkanları araşdırılmışdır. Məqalədə, həmçinin ingilis dilində ən geniş yayılan live, die və smile feillərinin KTT və alternativ feilzərflik birl əşmələrindəki (FZT) işl ənmə qanunauyğunluqları empirik materiallar əsasında t əhlil olunur. Konstruksiyaların spesifikliyini və feillərin leksik-semantik üstünlüklərini müəyyən etmək məqsədilə müasir korpus metodologiyasına əsaslanan kolleksem analizi və fərqləndirici kolleksem analizi tətbiq edilmişdir. Təhlillər nəticəsində KTT-lərin sadə zərflik variantları ilə tam sinonim olmadığı, onların daha mürəkkəb və intensiv semantik-atributiv funksiya daşıdığı sübuta yetirilir.